Bakının bəzi ərazilərində işıq kəsiləcək – XƏBƏRDARLIQ
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtın bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Hadisələr.info bildirir ki, bu barədə “Azərişıq” ASC rəsmi məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Eyni zamanda, Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-dən əlavə olunub ki, planlı təmir işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdəki abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
No Comment! Be the first one.