Balakəndə dəhşətli qəza: Həyatını itirən bir ailənin üzvlərinin FOTOSU
Ötən gün Balakən rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları bəlli olub.
hadiseler.info Unikal-a istinadən xəbər verir ki, “Toyota” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “Toyota”nın sürücüsü Rəşad Mütəllibov, onun anası 52 yaşlı Pərvanə Məmmədova və “Hyundai”ın sürücüsü Məryəm Hoorsova hadisə yerində dünyasını dəyişiblər.
Qəza zamanı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1975-ci il təvəllüdlü Yaşar Mütəllibov isə həkimlərin müdaxiləsinə baxmayaraq orada vəfat edib. Bununla da facəvi qəzada ölənlərin sayı 4-ə çatıb. Hadisə nəticəsində xəsarət alan 61 yaşlı Şərif Soltanovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Qeyd edək ki, “Toyota” markalı avtomobildə həyatını itirən şəxslərin hamısı bir ailənin üzvləridir.

No Comment! Be the first one.