Balakəndə qarğıdalı sahəsində çətənə yetişdirən şəxs həbs olundu
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində böyük miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən baxış zamanı şübhəli şəxsin rayon ərazisində yerləşən qarğıdalı sahəsində əkib-becərdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.