Baş prokuror Rusiya Ali Məhkəməsinin sədri ilə görüşdü
Sentyabrın 29-da Moskvada Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib.
hadiseler.info xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dövlət başçılarının dostluq və qarşılıqlı etimadına əsaslandığı, əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzrə inkişaf etdiyi vurğulanıb.
Baş prokuror prokurorluq orqanları arasında uzunillik səmərəli əməkdaşlığı, hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə və təcrübə mübadiləsini yüksək qiymətləndirib. Müzakirələr zamanı hüquq sahəsində gələcək inkişaf perspektivləri, institusional əməkdaşlıq, hüquq təhsili, kadr hazırlığı və birgə elmi-praktiki tədbirlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv və uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşün sonunda Kamran Əliyev tərəfindən İqor Krasnova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı təqdim edilib.
No Comment! Be the first one.