Bayramov və Mirzoyan Nyu-Yorkda görüşüb-FOTOLAR
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
hadiseler.info xəbər verir ki, görüş zamanı tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitindən sonra ikitərəfli sülh prosesində əldə olunmuş irəliləyişləri nəzərdən keçiriblər. Nazirlər regional iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və açılması məsələlərini ətraflı müzakirə ediblər.
Görüşdə ticarət və tranzit əlaqələrinin inkişafı regionda dayanıqlı sülhün praktiki faydaları kimi yüksək qiymətləndirilib. XİN rəhbərləri sülh gündəliyinin irəlilədilməsi üçün birbaşa dialoqu aktiv şəkildə davam etdirmək barədə razılığa gəliblər.



No Comment! Be the first one.