Bazar günü hava 40 dərəcə isti olacaq
Avqustun 23-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz və isti geçəcəyi gözlənilir.
hadiseler.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz isə 31-36° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gündüz saatlarında havanın temperaturu 35-38°, bəzi yerlərdə isə 40°-dək yüksələcək. Dağlıq ərazilərdə gündüz 23-28° isti gözlənilir, səhər saatlarında bəzi yerlərdə duman olacaq.
No Comment! Be the first one.