Beyləqanda bədbəxt hadisə: Qadın su kanalında batdı
Beyləqan rayonunda qadının kanalda batması ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun “Görüş” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, su kanalında batan şəxs qadındır. Hadisə ilə bağlı aidiyyəti qurumlara dərhal məlumat verilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir, faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.