BMT: Süni intellektin risklərinə qarşı təcili tədbirlər görülməlidir
Birləşmiş Millətlər Təşkilatı (BMT) süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı xəbərdarlıq edərək təcili tədbirlərin görülməsinin vacibliyini bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.
Dujarrik vurğulayıb ki, süni intellektdən qaynaqlanan təhlükə və risklər tamamilə realdır və onların həlli üçün ləngimədən addımlar atılmalıdır. BMT rəsmisi bu texnologiyaların potensial risklərinə vaxtında reaksiya verilməsinin önəmini qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə “Anthropic” şirkətinin baş direktoru Dario Amodei, “SpaceX” təsisçisi İlon Mask və “OpenAI” rəhbəri Sem Altman da qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin yavaşladılması ilə bağlı çağırışlar etmişdilər.
No Comment! Be the first one.