Bu gün Beynəlxalq qəhvə günüdür
Dünyada ən populyar içkilərdən olan qəhvə bir çox ölkələrdə sevilərək içilsə də, onun vahid rəsmi bayramı yaxın illərdə meydana çıxıb. Məhz 2014-cü ilin mart ayında Beynəlxalq Qəhvə Assosiasiyasının üzvləri 1 oktyabrı Beynəlxalq Qəhvə Günü elan etmək barədə razılığa gəliblər.
hadiseler.info xəbər verir ki, “Detaly” nəşrində yayımlanan məqalədə qəhvənin orqanizmə təsiri barədə diqqətçəkən məqamlar yer alıb.
Mütəxəssislərin bildirdiyinə görə, qəhvə özü-özlüyündə orqanizmə əlavə enerji vermir, sadəcə yorğunluq hissini ləngidir. Beynin işləməsi nəticəsində toplanan və insana istirahət etmək vaxtının çatdığını bildirən “adenozin” maddəsi kofein tərəfindən bloklanır. Kofeinin kimyəvi tərkibi adenozinə bənzədiyi üçün beyin reseptorları ilə əlaqəyə girir və yorğunluq siqnalının qarşısını alır.
Lakin kofein parçalanıb reseptorlardan azad olduqda, həmin vaxt ərzində toplanmış adenozin kütləvi şəkildə təsir göstərir və insan daha güclü yorğunluq hiss edir. Tədqiqatçılar bu prosesi orqanizmdən götürülən “kredit” adlandırırlar.
Qəhvədən düzgün kullanım üçün mütəxəssis tövsiyələri:
Dozanı artırmayın: Zamanla orqanizmdə kfeinə qarşı davamlılıq yaranır. Qəhvə təsir etmədikdə dozanı artırmaq əvəzinə 2 həftəlik fasilə verin.
Yatmazdan 5 saat öncə içməyin: Yuxu problemlərinin və səhər yorğunluğunun qarşısını almaq üçün axşam saatlarında qəhvədən imtina edin.
Yeməkdən öncə qəbul edin: Kofeinin təsirini daha uzun müddətə yaymaq istəyirsinizsə, onu yeməkdən sonra deyil, yeməkdən öncə için. Mədədə daha ləng sorulduğu üçün effekti daha uzun sürəcək.
No Comment! Be the first one.