Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
Bu gün və sabah Yerdə zəif geomaqnit qasırğasının (G1) baş verəcəyi gözlənilir.
hadiseler.info xəbər verir ki, bu barədə Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, axınlar eyni vaxtda birləşərək Yerə çatarsa, geomaqnit qasırğasının G2 (orta) səviyyəsinədək yüksəlməsi istisna olunmur.
Günəş küləyinin sürətinin 11-12 avqust tarixlərində gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacağı proqnozlaşdırılır.
No Comment! Be the first one.