Bulvarda dənizdə batma təhlükəsi yaşayan şəxs xilas edildi – VİDEO
Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində həyəcanlı anlar yaşanıb.
hadiseler.info xəbər verir ki, Səbail rayonu ərazisində bir nəfər dənizə düşərək batma təhlükəsi ilə üzləşib.
Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu dərhal əraziyə cəlb olunub.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində suda boğulmaqda olan şəxs sahilə çıxarılıb. Operativ əməliyyatda Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşı və zərərçəkənə kömək etmək üçün suya tullanan fədakar vətəndaş da yaxından iştirak edib.
Xilas edilən şəxsə dərhal ilkin yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
No Comment! Be the first one.