Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında, habelə Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları nəzərdə tutulub. Həmçinin XİN rəhbərinin səfər zamanı bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
No Comment! Be the first one.