Çində Azərbaycan dili magistratura səviyyəsində tədris olunacaq
Çinin nüfuzlu ali təhsil ocaqlarından biri olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dilinin tədrisi sahəsində mühüm yenilik gözlənilir.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti tədris ilindən etibarən bu universitetdə Azərbaycan dili magistratura pilləsində də tədris olunacaq.
Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan PXDU-da Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci və 2023-cü illərdə Azərbaycan dili ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul aparılıb.
İxtisas üzrə ilk buraxılış 2022-ci ildə baş tutub. Hazırda universitetdə 8 tələbə bakalavriat səviyyəsi üzrə 4-cü kursda təhsilini davam etdirir. Magistratura pilləsinin açılması iki ölkə arasında təhsil və dil əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcək.
No Comment! Be the first one.