Corc Rassell mühərrik dəyişikliyinə görə 5 mövqe cərimələnib
hadiseler.info xəbər verir ki, “Mersedes”in pilotu Corc Rassell mühərrik dəyişikliyinə görə Braziliya Qran-prisinin start turunda 5 mövqe cərimələnib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Mersedes” 28 yaşlı britaniyalının bolidinə yeni daxili yanma mühərriki quraşdırmaq qərarına gəlib və bu dəyişiklik mövsüm ərzində icazə verilən güç qurğularının sayının aşılmasına səbəb olub.
Qeyd edək ki, 2022-ci ildən “Mersedes”də çıxış edən C.Rassell 2026 mövsümünün 19 mərhələsindən sonra 250 xalla fərdi hesabda 4-cü pillədə qərarlaşıb. Onun komanda yoldaşı Kimi Antonelli vaxtından əvvəl dünya çempionluğunu təmin edib.
Braziliya Qran-prisi noyabrın 6-dan 8-dək San Pauludakı “İnterlaqos” trasında keçiriləcək.
No Comment! Be the first one.