DİM sədri:”Bəzən 9-cu sinifdə oxumağı və yazmağı bacarmayan şagirdlər olur”
Dövlət İmtahan Mərkəzinin (DİM) Müşahidə Şurasının sədri Məleykə Abbaszadə məktəblilərin bilik və bacarıq səviyyəsi ilə bağlı vacib məqamlara toxunub.
hadiseler.info xəbər verir ki, DİM sədri ibtidai siniflərdə yaranan təhsil boşluqlarının və zəif nəticələrin sonrakı mərhələlərdə, xüsusən də 9-cu sinif buraxılış imtahanlarında özünü qabarıq şəkildə göstərdiyini bildirib. O, hətta 9-cu sinfə çatmasına baxmayaraq, təməl oxuma və yazma bacarıqlarına yiyələnməyən şagirdlərin olduğunu diqqətə çatdırıb.
Məleykə Abbaszadə vurğulayıb ki, zəif nəticə göstərən şagirdləri vaxtında müəyyənləşdirmək üçün psixometrik qiymətləndirmələr aparılmalı və müəllimlər şagirdlərin mənimsəmə səviyyəsini davamlı olaraq yaxından izləməlidirlər.
No Comment! Be the first one.