Dünya bazarlarında Azərbaycan nefti bahalaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
hadiseler.info bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 dollar və ya 0,6% artaraq 93,93 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 93,37 ABŞ dolları səviyyəsində idi.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları hesabı ilə nəzərdə tutulub.
No Comment! Be the first one.