Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
hadiseler.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılan istintaqın materialları artıq tanışolma üçün vəkillərə təqdim edilib.
Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham elan olunub. Yaxın günlərdə toplanmış dəlil və sübutlar ittiham aktı ilə birgə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Sözügedən maddənin sanksiyasında 20 ilə qədər və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs ediliblər. AXCP sədri hazırda məhkəmə prosesi gedən R.Mehdiyevin işində şahid qismində də tanınıb.
No Comment! Be the first one.