Ermənistan XİN-in saytından Qarabağla bağlı məlumatlar silinib
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Xarici siyasət” bölməsinin məzmunu tamamilə silinib.
hadiseler.info xəbər verir ki, bu barədə erməni politoloq Eduard Abramyan bildirib.
Politoloq vurğulayıb ki, əvvəllər həmin bölmədə yer alan materiallardan elmi və akademik tədqiqatlarda istifadə olunurdu:
“İndi isə bu məzmun yoxdur. Bu, institutsional yaddaşa hörmət edən ölkələrdəki kimi diqqətlə arxivləşdirilməyib, birbaşa silinib. Bununla da müasir Ermənistan Respublikasının siyasi tarixində xarici siyasətin bütövlüyünü təşkil edən rəsmi yazılı sənəd faktiki olaraq məhv edilib”.
Abramyanın sözlərinə görə, silinmiş bölmədə Qarabağ məsələsinə dair İrəvanın mövqeyi ilə yanaşı, Ermənistan-Rusiya “xüsusi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri”, həmçinin ABŞ və Avropa İttifaqı ilə əlaqələrə dair rəsmi qeydlər yer alırdı.
No Comment! Be the first one.