“Euronews” 27 sentyabr Anım Gününə ilə bağlı yazdı məqalə
Məşhur “Euronews” telekanalı Azərbaycanda 27 Sentyabr – Anım Günü münasibətilə geniş məqalə dərc edib.
hadiseler.info xəbər verir ki, materialda Azərbaycanın 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin başlanmasından altı il sonra döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsini ehtiramla yad etdiyi bildirilir.
Məqalədə vurğulanır ki, müharibədən sonra Cənubi Qafqazda Sovet İttifaqının dağılmasından bəri formalaşmış vəziyyət köklü şəkildə dəyişib və tərəflər tədricən sərhədlərin müəyyənləşməsi, münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması mərhələsinə keçiblər. Bu prosesin ən nəzərəçarpan nəticəsi kimi 2025-ci ilin sonunda tranzit məhdudiyyətlərinin ləğvi, dəmir yolu əlaqəsinin bərpası və Azərbaycandan Ermənistana birbaşa tədarükün başlaması göstərilir.
Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana ixracın həcmi 17 milyon dolları ötüb, tərkibində 17 min ton dizel yanacağı və 5 min ton benzin yer alıb.
Telekanal xatırladır ki, prosesin siyasi çərçivəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanan birgə bəyannamə ilə müəyyənləşib. Həmçinin Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində əməkdaşlıq xüsusi diqqətə çatdırılır.
No Comment! Be the first one.