FHN ötən həftə 143 yanğına çıxış edib, 38 nəfər xilas olunub
Ötən həftə ərzində respublika üzrə 143 yanğına çıxış qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hesabat dövründə 30 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 38 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
No Comment! Be the first one.