FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən həftə ərzində baş verən fövqəladə hallar və xilasetmə əməliyyatları ilə bağlı statistik göstəriciləri açıqlayıb.
hadiseler.info xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Haftə ərzində 20-si azyaşlı olmaqla ümumilikdə 62 nəfər xilas olunub.
Bununla yanaşı, müxtəlif hadisələr (bağlı qapı, avtoqəza və s.) zamanı tapılan 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
No Comment! Be the first one.