Fransadakı kütləvi iğtişaşlarda saxlanılanların sayı 2700-ə çatdı
Fransada yanacaq qiymətlərinin artması və sosial vəziyyətə etiraz olaraq başlayan kütləvi iğtişaşlar zamanı saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.
hadiseler.info xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen keçirdiyi brifinqdə məlumat verib.
Nazir bildirib ki, şənbə günündən bəri davam edən aksiyalarda ümumilikdə 2700 nəfər saxlanılıb, onlardan 217-si barəsində isə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Jerald Darmanen əlavə edib ki, polis tərəfindən saxlanılan şəxslərin yarısının əvvəllər heç bir məhkumluq həyatı olmayıb.
No Comment! Be the first one.