Generalın oğlu işdən buna görə ÇIXIB
hadiseler.info xəbər verir ki, Penitensiar Xidmət rəisinin müşaviri Rauf Qasımzadənin tutduğu vəzifədən azad olunmasının səbəbi məlum olub.
Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə postundan ayrılan Rauf Qasımzadənin öz ərizəsi ilə işdən çıxdığı bildirilir. Onun vəzifəsindən ayrılmasına səbəb kimi digər dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunması göstərilir.
Rauf Qasımzadə bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də və bir sıra digər dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb. O, Penitensiar Xidmətin keçmiş rəisi, general Aydın Qasımovun oğludur.
No Comment! Be the first one.