Göyçayda narkotik bitki yetişdirən şəxs tutuldu-VİDEO
Göyçay Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, saxlanılan şəxsin yaşadığı evdən 51 ədəd çətənə kolu və 2 ədəd odlu silah aşkar olunaraq götürülüb. B.Əhmədov ifadəsində həmin bitkilərə xüsusi aqrotexniki qulluq göstərərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, məhkəmənin qərarı ilə Bəhruz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.