Göygöldə avtomobil aşıb: 3 nəfər yaralandı
Göygöl rayonunda yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində 3 nəfər — 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.