Güclü külək Bakını polietilen torbalara bürüdü-VİDEO
Ötən gün Bakı şəhərində müşahidə olunan güclü küləkli hava şartları küçələrdə plastik tullantıların uçuşmasına səbəb olub.
hadiseler.info xəbər verir ki, havada uçuşan polietilen torbalar sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Şəbəkə istifadəçilərindən biri “küləklər şəhəri” kimi tanınan Bakını zarafatla “klyoklar şəhəri” adlandırıb.
Hətta Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Tvente” matçı zamanı da polietilen torbalar futbolçularla birlikdə meydançada görüntülənib.
Mövzu ilə bağlı görüntülər təqdim olunur:
No Comment! Be the first one.