Gəncədə “BakuBus” avtobusu qəzaya düşüb
Gəncə şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, insident şəhərin Heydər Əliyev prospekti ilə Mirzə Abbas Abbaszadə prospektinin kəsişməsində qeydə alınıb.
Qadın sürücünün idarə etdiyi “Chevrolet” markalı minik avtomobili 13 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “BakuBus” şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb.
Zərbənin gücündən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə yerində araşdırma aparılır
Toqquşmadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.



No Comment! Be the first one.