Hesablama Palatası “Büdcə sistemi haqqında” qanunun dəyişdirilməsini təklif edir
hadiseler.info xəbər verir ki, Hesablama Palatası “Büdcə sistemi haqqında” qanunun 12-ci və 16-cı maddələrində dəyişikliklər edilməsini təklif edir.
Bu barədə Palatanın sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
“Büdcə sənədləşməsinin təkmilləşməsi istiqamətində atılan addımları müsbət qiymətləndirir, eyni zamanda bu addımların davam etdirilməsini məqsədəuyğun hesab edirik. Təkmilləşmələr “Büdcə zərfi”ndə qeyri-maliyyə məlumatları, o cümlədən büdcə parametrləri üzrə keyfiyyət göstəricilərinin artırılmasını, məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin yüksəldilməsini əhatə edə bilər”, – deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, büdcə ilə bağlı izahata ilk dəfə olaraq gəlirlər üzrə ortamüddətli dövr üçün hədəf göstəriciləri əlavə edilib, Ortamüddətli Xərclər Çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə nəzərdə tutulan tədbir sayı və onların layihələri büdcə sənədləşməsinə daxil edilib.
No Comment! Be the first one.