Hikmət Hacıyev Bişkekdə Alen Simonyanla görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ilə görüşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib: “Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdən sonra Alen Simonyanla sülh gündəliyi ilə bağlı müzakirələr davam etdirildi”.
No Comment! Be the first one.