Hörmüz boğazında mülki ticarət gəmisinə zərbə endirildi: Yaralılar var
Hörmüz boğazında mülki ticarət gəmisinə zərbə endirilməsi nəticəsində heyət üzvləri yaralanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Qəşm dairəsinin rəhbəri Əmir Teymuri məlumat yayıb.
Məlumata görə, zərbə səhər saat 05:00 radələrində Xənqam adası və Qəşm adasının Şib-Deraz sahili yaxınlığında qeydə alınıb. Hücum nəticəsində ticarət gəmisinin heyət üzvlərindən 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, sentyabrın 5-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ ilə əlaqəli 3 gəmiyə və icazəsiz marşrutla hərəkət edən 3 neft tankerinə zərbələr endirdiyini bəyan etmişdi. Öz növbəsində Vaşinqton rəsmiləri İranın boğaza nəzarəti itirdiyini, ərazinin mühüm hissəsinin minalardan təmizləndiyini və cənub zolağı üzrə tanker hərəkətinin bərpa olunduğunu iddia edirlər. İran isə dəniz blokadasının gücləndiriləcəyi təqdirdə ABŞ-yə sərt hərbi cavab verəcəyi ilə hədələyib.
No Comment! Be the first one.