Hörmüz boğazında rekorda imza atıldı: Bir gündə 22 milyon barel neft daşınıb
Sentyabrın 23-də Hörmüz boğazından 22 milyon barel neft daşınaraq iyulun əvvəlindən bu yana ən böyük gündəlik göstərici qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan Amerika rəsmisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, çərşənbə günü ümumilikdə Hörmüz boğazından 60-a yaxın kommersiya gəmisi keçid edib. Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə bu gəmilərdən 40-a yaxını öz fəaliyyətini birbaşa Amerika hərbçiləri ilə əlaqələndirib.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanlarının dəniz blokadasını bərpa edib.
No Comment! Be the first one.