Hörmüz boğazından keçən tankerə zərbə endirildi: Yaralananlar var
Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini təhdid edən növbəti insident qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları təşkilatı (UKMTO) məlumat yayıb.
Bildirilib ki, boğazdan keçən neft tankeri naməlum obyektlərlə hədəfə alınıb. Hücum nəticəsində gəminin heyət üzvlərindən 2 nəfər xəsarət alıb. Hücuma məruz qalan tankerin hansı ölkəyə və şirkətə məxsus olduğu barədə hələlik rəsmi məlumat verilməyib.
Hazırda faktla bağlı müvafiq dəniz təhlükəsizlik qurumları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.