Həbsdən çıxan keçmiş nazir müəllim kimi fəaliyyətə başladı
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.
hadiseler.info xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə də akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Səlim Müslümov 2002–2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri, 2013–2018-ci illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri olub.
İqtisad elmləri doktoru olan keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvətalma ittihamları ilə saxlanılmışdı. İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq onun həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində şərti cəza qərarı çıxarılmışdı.
No Comment! Be the first one.