“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” – VİDEO
Ağdərə rayonunun Papravənd kəndi ərazisində atla hərəkət edərkən minaya düşən Tərtər rayon sakini, 21 yaşlı Sərxan Rüstəmzadə hadisənin təfərrüatlarını bölüşüb.
hadiseler.info xəbər verir ki, S.Rüstəmzadə baş verənlər barədə AzTV-yə danışıb:
“At məni tulladı və axsaya-axsaya qaçdı. Bilmədim gələ bildi, ya gələ bilmədi, amma qaçdığını gördüm. Mən də düşdüyüm yerdə qaldım, tərpənmədim, bildim ki, minalı əraziyə düşmüşəm. ANAMA-nın əməkdaşlarına xəbər verdim. 4-5 km çətin ərazidə cığır açıb məni çıxardılar”.
Məlumat üçün bildirək ki, sol diz oynağının əzilməsi və sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən zərərçəkənə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb.
No Comment! Be the first one.