İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin 8 Noyabr – Zəfər Günü ilə bağlı ünvanladığı təbrikə görə Pakistan liderinə minnətdarlığını bildirib.
hadiseler.info xəbər verir ki, bu barədə dövlət başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Prezident İlham Əliyev paylaşımında qeyd edib:
“Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığınız səmimi təbriklərə görə təşəkkür edirəm. 8 noyabr torpaqlarımızın azad edilməsini və təxminən otuz illik işğalın sona çatmasını qeyd edən, xalqımız üçün əlamətdar bir gündür. Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız bizim daimi dostluğumuzun və qardaşlığımızın daha bir sübutu idi”.
Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif öz təbrikində 8 Noyabrı Azərbaycan xalqının cəsarət, qətiyyət və fədakarlığının tarixi sübutu adlandırmışdı.
No Comment! Be the first one.