İlham Əliyev Sinqapur Prezidentini milli bayram münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnama milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.
Hadisələr.info xəbər verir ki, dövlət başçısı təbrikində Sinqapur xalqına səmimi arzularını ifadə edib:
“Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.
No Comment! Be the first one.