İlham Əliyev Türkmənbaşıda “Avaza” Kompleksinə gəlib- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.
hadiseler.info xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.



No Comment! Be the first one.