İmişlidə faciə: 29 yaşlı gənc Araz çayında batıb
İmişli rayonunda bədbəxt hadisə baş verib, 29 yaşlı gənc Araz çayında batıb.
Hadisələr.info “Report”a istinadən xəbər verir ki, hadisə çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 29 yaşlı Elgün Həsənov çayda çimərkən suda boğulub. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.