İndoneziyada 243 nəfərin olduğu gəmi yoxa çıxdı – Axtarışlar başladı
İndoneziyada göyərtəsində 243 sərnişin və heyət üzvünün olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətindəki Banjarmasin şəhərinə doğru hərəkət edirmiş.
Ölkənin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Putu Sudayana bildirib ki, “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsilməsi barədə məlumat daxil olan kimi xilasedicilər və xüsusi gəmi onun son məlum olduğu koordinatlara yönləndirilib. Hazırda gəminin tapılması üçün genişmiqyaslı əməliyyat həyata keçirilir.
No Comment! Be the first one.