“iPhone 18” qiyməti açıqlandı – VİDEO
ABŞ-nin texnologiya nəhəngi “Apple” payız təqdimatında yeni flaqman modelləri “iPhone 18” və “iPhone 18 Pro Max” smartfonlarını nümayiş etdirib.
hadiseler.info xəbər verir ki, şirkətin rəsmi “YouTube” kanalında canlı yayımlanan təqdimatda yeni modellərin texniki parametrləri açıqlanıb. Yeni smartfonlar M-seriyası prosessorları əsasında hazırlanan 2 nanometrlik, 6 nüvəli CPU və 7 nüvəli GPU-ya malik “A20 Pro” çipi ilə təchiz olunub.
Yeni çip sayəsində qrafik sürət 40% artıb, soyutma sistemi isə təkmilləşdirilərək arxa şüşənin qızması minimuma endirilib. Yenilənmiş kamera sistemi videoçəkiliş zamanı FPS, ekspozisiya, balans və fokus nöqtəsini tənzimləməyə imkan verir. Eyni zamanda, “Apple Intelligence” çərçivəsində təkminləşdirilən “Siri AI” artıq 250-dən çox tətbiqlə inteqrasiya olunur.
“iPhone 18 Pro” modelinin qiyməti 1199 dollardan, “iPhone 18 Pro Max” modelinin qiyməti isə 1299 dollardan başlayır.
No Comment! Be the first one.