İstanbul boğazı qəhvəyiyə boyandı – FOTOLAR
İstanbulda bir neçə gün davam edən fasiləsiz leysan yağışları İstanbul boğazında dəniz suyunun rənginin kəskin dəyişməsinə səbəb olub.
hadiseler.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna güclü sel sularının qurudan gətirdiyi palçıqlı axınların dənizə qarışması səbəb olub.
Qeyri-adi mənzərə xüsusilə İstanbulun Eminönü bölgəsi sahillərində aydın müşahidə edilib. Dənizin təxminən 200 metr içərilərinə qədər suyun rəngi tamamilə qəhvəyiyə boyanıb.
Məlumata görə, rəng dəyişikliyi Eminönü sahillərindən tarixi Topqapı Sarayına qədər uzanan geniş dəniz zolağını əhatə edib.







No Comment! Be the first one.