Keçmiş prezident 25 il müddətinə azadlıqdan məhrum edilib
Haaqa Xüsusi Məhkəməsi Kosovo münaqişəsi zamanı törədilmiş cinayətlərlə bağlı Kosovo Respublikasının keçmiş prezidenti Haşim Taçi barəsində çıxarılan hökmü elan edib.
hadiseler.info xəbər verir ki, “RİA”nın yaydığı məlumata görə, məhkəmə Taçini ən azı 303 nəfərə işgəncə verməkdə, 96 nəfərin qətlində, habelə qanunsuz həbs və qəddar rəftarda təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib. Hakim Çarlz Smit təyin olunan cəzanın Taçinin həbsdə keçirdiyi müddət nəzərə alınmaqla hesablanacağını bildirib. Qeyd olunub ki, o, insanlığa qarşı cinayət ittihamları üzrə bəraət alıb.
Məhkəmə, həmçinin Kosovo parlamentinin keçmiş spikerləri Kadri Veseli və Yakup Krasniqini, eləcə də keçmiş deputat Rəcəb Səlimini müharibə cinayətlərində təqsirli bilib. Qərarda hər dörd şəxsin birgə cinayətkar fəaliyyət çərçivəsində məsuliyyət daşıdığı diqqətə çatdırılıb. Fevral ayında prokurorlar 1998–1999-cu illər münaqişəsi ilə bağlı təqsirləndirilən bu şəxslərin hər birinə 45 il həbs cəzası verilməsini tələb etmişdilər.
No Comment! Be the first one.