Kürdəxanıda yol kənarında yanğın: FHN hərəkətə keçdi
Bakının Sabunçu rayonunda yol kənarında başlayan yanğın operativ şəkildə ləğv edilib.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəxanı qəsəbəsində tikinti materiallarının yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Yanğının genişlənərək ətrafa yayılmasına imkan verilmədən, həyata keçirilmiş təxirəsalınmaz tədbirlər sayəsində alov qısa müddətdə tam söndürülüb.
No Comment! Be the first one.