“Maarifçi” proqramının iştirakçıları Qarabağ Universitetində infoturda iştirak ediblər
“IV Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Qarabağ Universitetində təşkil olunan infoturda yaxından iştirak edib, tədbirin ərsəyə gəlməsinə təşkilati dəstək göstəriblər.
hadiseler.info xəbər verir ki, infoturda “IV Maarifçi” proqramı çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə Təhsil sektoru üzrə iştirakçı Türkanə Məmmədova, Elm və Təhsil Nazirliyinin Protokol sektoru üzrə iştirakçı Asiman Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi üzrə iştirakçı Hüseyn Quliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirakçı Şirinxanım Şeydayeva təmsil olunublar.
Səfərin ana məqsədi ictimaiyyətin Qarabağ Universitetinin fəaliyyəti, təhsil imkanları, müasir infrastrukturu və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olmasına, eləcə də ali təhsil müəssisəsində formalaşan yeni akademik mühit barədə ətraflı məlumat əldə etməsinə şərait yaratmaqdır. İnfotur çərçivəsində iştirakçılar universitetin korpuslarını, laboratoriyalarını ziyarət edib, tədris prosesi ilə tanış olublar.
Tədbirin yüksək səviyyədə təşkilində fəal iştirak edən “Maarifçi” gəncləri öz təcrübə və bacarıqlarını nümayiş etdirərək iştirakçıların yönləndirilməsində və proqramın səmərəli icrasında mühüm rol oynayıblar.
No Comment! Be the first one.