Makiyaj videosu yayılan şagird sığınacağa yerləşdirilib? – RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyaj edərək məktəbə gitməsini əks etdirən görüntülərin yayılmasından sonra şagirdin məktəbdən xaric edilməsi və sığınacağa yerləşdirilməsi ilə bağlı iddialar yayılıb.
hadiseler.info xəbər verir ki, iddialara Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov aydınlıq gətiriblər.
Kəmalə Ağazadə bildirib ki, məktəbli sığınacağa yerləşdirilməyib, sadəcə reabilitasiya proqramı çərçivəsində orada bir həftə qalıb. Bu müddətdə onunla profilaktik işlər aparılıb, hüquq və öhdəlikləri izah olunub. Hazırda şagird ailəsinin yanındadır.
Məktəb direktoru Əbülfət Əkbərov isə şagirdin məktəbdən xaric edilməsi xəbərlərini təkzib edib. Direktorun sözlərinə görə, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur. Qızın sığınacağa aparılması valideynin öz arzusu ilə gerçəkləşib. Valideyn maddi imkanının zəif olduğunu və qızını saxlamaqda çətinlik çəkdiyini bildirib.
Şagird sosial şəbəkədəki görüntüləri bəyənmə (“layk”) toplamaq xatirinə paylaşdığını etiraf edib. Hazırda valideyninin istəyi ilə şagirdin sığınacağa yaxın başqa bir məktəbdə dinləyici qismində dərslərdə iştirak etməsi planlaşdırılır. Yerdəyişmə sistemi açıldıqdan sonra rəsmi köçürülmə aparılacaq. Əgər şagird öz məktəbinə qayıtmaq istəsə, buna da şərait yaradılacaq.
No Comment! Be the first one.