MİDA adından fırıldaqçılıq edən qadın tanınmış estetik həkim çıxdı
Azərbaycanda Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sisteminə qanunsuz müdaxilə etməkdə şübhəli bilinən şəxslərdən birinin kimliyi bəlli olub.
hadiseler.info xəbər verir ki, vətəndaşların aldadılması və pul vəsaitlərinin ələ keçirilməsi faktı ilə saxlanılan 33 yaşlı Günay Lətifova tanınmış mütəxəssis, estetik həkimdir. O, MİDA-nın adından saxta elektron alqı-satqı müqavilələri hazırlayaraq vətəndaşlara təqdim etməkdə təqsirləndirilir.
No Comment! Be the first one.