Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətini Nyu-York beynəlxalq hava limanında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
No Comment! Be the first one.