Misir vizasının qiyməti yenidən artır
2027-ci il yanvarın 1-dən etibarən Misirə birdəfəlik giriş vizasının qiyməti 30 dollardan 33 dollara qaldırılacaq.
hadiseler.info xəbər verir ki, bu barədə “Masrawy” nəşri ölkənin Turizm Şirkətləri və Agentlikləri Palatasına istinadən məlumat yayıb.
Qərarın Misir Nazirlər Kabineti tərəfindən avqustun 13-də qəbul edildiyi bildirilir. Qiymət artımı həm adi, həm də elektron vizalara şamil olunacaq.
Tətbiq edilən yeni qaydalar və istisnalar:
Rəqəmsal viza: Yay mövsümündən sınaq rejimində tətbiq olunan və turistin giriş məlumatlarını əks etdirən QR-kod formalı rəqəmsal vizanın qiyməti xidmət haqqı ilə birlikdə 39 dollara çata bilər.
Sinay möhürü: Şarm əl-Şeyxə 15 günədək müddətə səfər edən və Sinay yarımaradasından kənara çıxmayan turistlər üçün ödənişsiz “Sinay möhürü” qüvvədə qalacaq.
Qeyd edək ki, 2026-cı il ərzində Misir vizasının qiyməti artıq ikinci dəfədir artırılır. Bundan əvvəl, 2026-cı il martın 1-də gəlişdə verilən vizanın qiyməti 25 dollardan 30 dollara qaldırılmışdı.
No Comment! Be the first one.