Moldovada PUA yerə çırpılaraq partlayıb- VİDEO
Moldovada pilotsuz uçuş aparatının (PUA) yerə çırpılaraq partlaması ilə nəticələnən insident qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə zamanı ölənlər və ya yaralananlar olmayıb.
İnsident baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb, xüsusi bölmələr dərhal hadisə yerinə cəlb olunub. Fəsadların aradan qaldırılması və PUA-nın mənşəyinin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri aparılır.
No Comment! Be the first one.