Moskvada dron təhlükəsi: 370-dən çox uçuş gecikdi, 62-si ləğv edildi
Rusiya paytaxtı Moskvada dron hücumu təhlükəsi səbəbindən hava limanlarında kütləvi ləğv və təxirəsalmalar qeydə alınıb.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, son sutka ərzində Moskva aeroportlarında 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş isə tamamilə ləğv edilib.
Məhdudiyyətlər Ukraynanın dron hücumları təhlükəsi səbəbindən tətbiq olunub:
Vnukovo: 158 uçuş təxirə salınıb, 38-i ləğv edilib.
Şeremetyevo: 157 uçuş təxirə salınıb, 11-i ləğv edilib.
Domodedovo: 58 uçuş təxirə salınıb, 13-ü ləğv edilib.
Hələ də Moskva aeroportlarında təyyarələrin enişi və uçuşuna qoyulan məhdudiyyətlər qüvvədə qalır.
No Comment! Be the first one.